Baş katib TDT-nin Xarici İşlər Nazirləri Şurasının Fövqəladə Zirvə görüşündə iştirak etmişdir
16 mart 2023

16 Mart 2023-cü il tarixində Baş katib Mehmet Süreyya Er Ankarada Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Fövqəladə Zirvə görüşündə iştirak etmişdir. Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlunun ev sahibliyində keçirilən tədbirə Özbəkistanın xarici işlər nazirinin müavini Bəxtiyar Saidov sədrlik etmişdir.

Tədbirdə TDT-yə üzv və müşahidəçi dövlətlərin xarici işlər nazirləri və nazir müavinləri, o cümlədən türk əməkdaşlıq təşkilatlarının rəhbərləri iştirak etmişdir.

Nazirlər və nazir müavinləri dövlət başçılarının növbədənkənar Zirvə görüşündə müzakirə ediləcək gündəliyə dair müvafiq sənədlərin müzakirəsini yekunlaşdırmışdır.