TÜRKPA Seçki Müşahidə Missiyası siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirib
18 mart 2023

2023-cü ilin 17-18 mart tarixlərində Astana və Almatı şəhərlərində TÜRKPA Seçki Müşahidə Missiyası növbədənkənar parlament seçkilərində iştirak edən siyasi partiyaların nümayəndələri ilə görüşlər keçirmişdir.

Siyasi partiyaların rəsmiləri TÜRKPA müşahidəçilərinə öz seçki platformaları və seçkiqabağı kampaniyaları haqqında məlumat vermiş, 19 mart 2023-cü il növbədənkənar parlament seçkilərindən gözləntilərini bölüşmüşdür.