TÜRKPA Missiyası prezidentliyə namizədlərlə görüşüb
19 noyabr 2022

Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərini müşahidə proqramı çərçivəsində TÜRKPA Seçki Müşahidə Missiyası prezidentliyə namizədlər və namizədlərin nümayəndələri ilə görüşlər keçirmişdir.

Missiya üzvlərinə namizədlərin seçki platformaları, seçkiqabağı təşviqat və 20 noyabr 2022-ci il tarixində keçiriləcək növbədənkənar prezident seçkilərindən gözləntilər barədə məlumat verilib.