TÜRKPA-nın Beynəlxalq əlaqələr komissiyasının ikinci iclası
11 dekabr 2012 – 12 dekabr 2012
Astana

11-12 dekabr 2012-ci il tarixində TÜRKPA Beynəlxalq Əlaqələr Komissiyasının 2-ci iclası Astana şəhərində baş tutmuşdur.

Qazaxıstan Parlamenti Məclisində keçirilən iclasda “Türkdilli ölkələr arasında əlaqələrin inkişafında Türk Şurası, TÜRKPA və TÜRKSOY-un yeri və rolu” mövzusu ilə bağlı hesabat məruzəsi və tövsiyə qərarı müzakirəyə çıxarılmışdır.

Komissiyanın işində Türkiyə Parlamentinin millət vəkili, Beynəlxalq Əlaqələr Komissiyasının sədr müavini xanım Ülkər Gözəlin başçılığı altında, Azərbaycan və Qazaxıstandan millət vəkilləri və TÜRKPA beynəlxalq katibliyinin əməkdaşları iştirak etmiş, komissiya üzvlərinin məruzələri və çıxışları dinlənilmiş, fikir mübadiləsi aparılmışdır.

Həmçinin Komissiyanın 3-cü iclasının yeri, tarixi və gündəliyi müəyyənləşdirilmişdir.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi