TÜRKPA-nın Hüquq məsələləri komissiyasının ikinci iclası
4 noyabr 2012 – 7 noyabr 2012
Bakı

4-7 noyabr 2012-ci il tarixləri arasında Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində TÜRKPA-nın Hüquq Komissiyasının 2-ci iclası keçirilmişdir. Toplantıda “TÜRKPA üzv dövlətləri parlamentlərinin reqlamentləri və millət vəkillərinin səlahiyyətləri” və “TÜRKPA üzv ölkələri arasında qanunvericilik məsələləri üzrə əməkdaşlıq” mövzusu ilə bağlı hesabat və tövsiyə qərarları müzakirəyə çıxarılmışdır.

Komissiyanın işində Türkiyə Parlamentinin millət vəkili, komissiyanın sədri cənab Haluk İpekin başçılığı altında Azərbaycan, Qazaxıstandan, Qırğızıstandan və Türkiyədən millət vəkilləri və TÜRKPA katibliyinin əməkdaşları iştirak etmişdir. Komissiyanın işində həmçinin TÜRKPA Baş katibi cənab Ramil Həsənov iştirak edəcək və komissiya üzvlərinə TÜRKPA Beynəlxalq Katibliyinin fəaliyyəti haqqında məlumat vermişdir. Komissiya üzvləri eyni zamanda Azərbaycan Respublikası Milli Məclisi Sədrinin Birinci müavini cənab Ziyafət Əsgərovla görüşmüşdür.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi