TÜRKPA-nın Hüquq məsələləri komissiyasının üçüncü iclası
28 aprel 2014
Astana

28 aprel 2014-cü il tarixində, Qazaxıstanın paytaxtı Astana şəhərində TÜRKPA Hüquq Komissiyasının 3-cü toplantısı keçirilmişdir. Toplantıya Komissiyanın Sədr müavini və Qazaxıstan Respublikası Parlamenti Məclisinin üzvü cənab Nurlan Abdirov sədrlik etmişdir. Komissiyanın üzvləri TÜRKPA-nın hüquqi bazasının inkişafına dair məsələlərə toxunmuş və Assamleyanın qanunla müəyyən edilmiş sənədlərinə yenidən baxılması və təkmilləşdirilməsi imkanlarını müzakirə etmişdir.

Bu çərçivədə komissiyanın toplantısından öncə məsələ ilə bağlı fikir mübadiləsi və müzakirələr aparmaq məqsədilə üzv ölkələrdən olan ekspertlərin məsləhətləşmələri keçirilmişdir. Komissiya məsələ ilə bağlı TÜRKPA-nın 5-ci Plenar Sessiyasında baxılması üçün hərtərəfli hesabat hazırlamaq məqsədilə tövsiyə qərarı qəbul etmişdir. Bununla yanaşı, iştirakçılar TÜRKPA-nın daimi komissiyalarının yenidən qurulması məsələsini müzakirə etmiş və komissiya üzvləri buna dair Assambleyanın iyun ayında keçiriləcək 5-ci Plenar Sessiyasında baxılacaq tövsiyə qərarını təsdiq etmişdir.

Toplantının gündəliyinin əsas mövzusu TÜRKPA üzv ölkələrində qanunvericiliyin uyğunlaşdırılması olmuşdur və müvafiq hesabat və tövsiyə qərarı Komissiya tərəfindən təsdiqlənmişdir.

Komissiyanın növbəti toplantısının 2014-cü ilin ikinci yarısında Qırğızıstanda keçirilməsi qərara alınmışdır.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi