TÜRKPA Sosial, mədəni və humanitar məsələlər komissiyasının birinci iclası
24 noyabr 2011 – 25 noyabr 2011
Astana

TÜRKPA Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının birinci iclası 24-25 noyabr, 2011-ci ildə Astanada keçirilmişdir. İclasda Bilge Qorqud proqramı üzrə hesabat və təkliflər, Türkdilli xalqlar arasında sosial, mədəni və humanitar əlaqələrin yeni mərhələsi müzakirə olunmuşdur.

Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə parlamentlərinin üzvləri Qazaxıstan Respublikası Senatoru və Komissiya sədri cənab Qarifolla Yessimin sədrlik etdiyi iclasda iştirak etmişdir.

Komissiya tərəfindən təsdiq edildikdən sonra təkliflər qəbul olunması üçün TÜRKPA-nın 2012-ci ildə Bişkekdə keçirilmiş 3-cü Plenar İclasına təqdim edilmişdir. Daha sonra bu sənədlər bu sahədə yeni qanunvericiliyin hazırlanması baxımından tövsiyə kimi üzv ölkə parlamentlərinə göndərilmişdir.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi