TÜRKPA Sosial, mədəni və humanitar məsələlər komissiyasının onuncu iclası
2 mart 2023
Onlayn iclas

2023-cü ilin 2 mart tarixində Qırğız Respublikası Joqorku Keneşi tərəfindən təşkil edilmiş Sosial, mədəni və humanitar məsələlər komissiyasının “Keyfiyyətli təhsil üzrə BMT-nin Dayanıqlı İnkişaf Məqsədinə nail olunması üçün post-pandemiya şəraitində transsərhəd təhsilin inkişafı istiqamətində TÜRKPA-nın üzv ölkələri arasında əməkdaşlıq” mövzusunda 10-cu iclası onlayn formatda baş tutub.

İclasa Komissiyanın sədri, Qırğız Respublikası Joqorku Keneşinin üzvü Aybek Osmonov sədrlik edib. Komissiya üzvləri gündəlik maddələrini müzakirə etmiş və iclasın əsas mövzusuna dair fikir mübadiləsi aparmışdır.

İştirakçılar təhsil sahəsində əməkdaşlığın önəmini vurğulamışdır. Həmçinin tərəflər təhsilin bütün mərhələlərində zəlzələlər və digər təbii fəlakətlər zamanı mülki müdafiə haqqında dərslərin daxil edilməsinin əhəmiyyətinə toxunmuşdur.

İclas zamanı parlament ekspertləri TÜRKPA üzv dövlətlərində transsərhəd təhsilin həyata keçirilməsi təcrübəsi ilə bağlı məlumatı diqqətə çatdırmışdır.

Gündəlik maddələrindən biri Komissiyanın adının “Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyası”na dəyişdirilməsi təklifinin müzakirəsinə həsr edilmişdir.

Komissiya 2023-cü ilin aprel ayında Türkiyədə keçiriləcək 12-ci plenar iclasa təqdim olunması üçün hesabat məruzəsi və tövsiyə qərarını, habelə “Transsərhəd ali təhsil” mövzusunda model qanun layihəsini təsdiq etmişdir.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi