TÜRKPA Ətraf mühit və təbii ehtiyatlar komissiyasının birinci iclası
2 aprel 2015 – 3 aprel 2015
Ankara

2 aprel 2015-ci il tarixində Ankarada, Türkiyə Böyük Millət Məclisinin evsahibliyində Azərbaycan Respublikası Milli Məclisinin üzvü akademik cənab Əhliman Əmiraslanovun sədrliyi ilə TÜRKPA-nın Ətraf Mühit və Təbii Ehtiyatlar Kommissiyasının birinci iclası keçirilmişdir. İclas gündəliyinin əsas mövzusu Türkdilli ölkələrdə səhralaşmaya qarşı mübarizə olmuşdur.

Komissiya iclasında üzv ölkələrdən olan millət vəkilləri Türkdilli ölkələrdə mövcud olan səhralaşma məsələlərini, üzv ölkərərin mövzu ilə bağlı milli siyasətlərini müzakirə etmiş və bir sıra təkliflərlə çıxış etmişlər.

Eyni zamanda, üzv ölkələrin millət vəkilləri Komissiyanın gələcək fəaliyyətinə dair iş planını müzakirə ediblər. Həmin müzakirələr zamanı, Komissiya üzvləri TÜRKPA çərçivəsində ətraf mühit sahəsində əməkdaşlığın prioritet yollarının müəyyənləşdirilməsinin vacibliyini vurğulamışdır.

İştirakçılar Türkdilli ölkələrdə ətraf mühit problemlərinin həlli və keyfiyyətli bir həyatın davamı üçün ölkələr arasında məsələlərə ortaq mövqenin göstərilməsi və birgə tədbirlərin həyata keçirilməsinin zəruriliyinə diqqət çəkmişlər. Nümayəndə heyətləri tərəfindən bu sahədə konkret layihələrin həyata keçirilməsi və inkişaf etdirilməsinin önəmi qeyd olunmuşdur.

İclasda Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə nümayəndə heyətləri, eləcə də Türkiyənin Ətraf Mühit və Şəhərsalma üzrə Nazirliyi, Meşə və Su İşləri Nazirliyi, Türk Dünyası Memarlar və Mühəndislər Birliyi, Türk Şurası, Türk Dünyası Bələdiyyələr Birliyi və digər əlaqədar qurumların nümayəndələri iştirak etmişlər.

Komissiyanın hesabat məruzəsi və tövsiyə qərarı 2015-ci ilin sonunda Qazaxıstanda keçiriləcək TÜRKPA-nın Altıncı Plenar Sessiyasında qəbul edilməsi üzrə təsdiq edilmişdir.

Komissiya hesabatı
Komissiyanın tövsiyəsi