Sunday, 19 September 2021, 16:00:32 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Qırğızıstan Respublikası Joqorku Keneşinin Sәdri Türkiyә Böyük Millәt Mәclisinin Sәdri ilә görüşmüşdür

Türkdilli Ölkələrin Parlament Assambleyasının 7-ci Plenar İclası çərçivəsində, Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri cənab Dastanbek Jumabekov Türkiyə Böyük Millət Məclisinin Sədri cənab İsmayıl Kahramanla görüşmüşdür.

Qırğızıstan Parlamentinin Sədri Türkdilli Ölkələrin Parlament Assambleyasının 7-ci Plenar İclasında iştirakına görə həmkarına minnətdarlığını bildirmiş və onu yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilməsi münasibətilə təbrik etmişdir.

Öz növbəsində, Türkiyə Böyük Millət Məclisinin sədri cənab Kahraman cənab Jumabekovu Qırğızıstan Parlamentinin sədri vəzifəsinə seçilməsi münasibətilə təbrik etmiş, təhsil, mədəniyyət, iqtisadiyyat və ticarət sahəsində ikitərəfli əməkdaşlığın vacibliyini vurğulamışdır. Görüşdə Qırğızıstanda Türk Mədəniyyəti Mərkəzinin təsisinə dair təkliflər müzakirə edilmiş və nəzərə alınmışdır.

"Ümumi tarixi, mədəni, humanitar və digər dəyərlərə söykənən iki ölkə arasındakı dostluq əlaqələri strateji xarakter daşıyır və, eyni zamanda Türkiyə Qırğızıstanın əsas ticarət və investisiya tərəfdaşlarından biridir " - deyə cənab Jumabekov qeyd etmişdir.

Görüşün sonunda Qırğızıstanın iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı üçün gələcəkdə də bütün məsələlərin səmərəli həllinə yönəldilmiş qarşılıqlı əməkdaşlığa hazır olduğu diqqətə çatdırılmışdır.