Sunday, 19 September 2021, 15:13:38 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Özbәkistan parlamentinin nümayәndә heyәti TÜRKPA-nın 7-ci Plenar İclasında iştirak etmişdir

Türkdilli Ölkələrin Parlament Assambleyasının 7-ci Plenar İclası çərçivəsində, Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri Dastanbek Jumabekov Özbəkistan Respublikası Ali Məclisinin Qanunverici Palatasının sədr müavini Nəriman Umarovla görüşmüşdür.

Qırğızıstan Parlamentinin sədri Özbəkistan parlamentinin nümayəndə heyətinin ilk dəfə olaraq TÜRKPA-nın 7-ci Plenar İclasında iştirakını məmnunluqla qarşılamış və iki ölkə arasında strateji tərəfdaşlığın qarşılıqlı etimad əsasında genişləndirilməsinin vacibliyini qeyd etmişdir.

Özbəkistan Parlamentinin sədr müavini, öz növbəsində dövlətlərarası əməkdaşlığın vacibliyindən söz açaraq, gələcəkdə qardaşlıq əlaqələrini inkişaf etdirməyə və gücləndirməyə hazır olduğunu bildirmişdir.