Sunday, 19 September 2021, 14:38:43 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

APA-nın 10-cu Plenar Sessiyası

İstanbulda Asiya Parlament Assambleyasının (APA) 10-cu Plenar Sessiyası keçirilir. Plenar Sessiya noyabrın 20-dən başlayaraq 24-nə qədər davam edəcəkdir. Tədbirin gündəliyinin mövzusu “Asiyada sülh və inkişafın saxlanılması” dır. Sessiyada Asiya Parlament Assambleyasına sədrlik Kambocadan Türkiyəyə təhvil verilmiş və Türkiyə Böyük Millət Məclisinin Sədri cənab İsmayıl Kahraman APA-nın yeni Prezidenti seçilmişdir.

TürkPA evsahibi olan Türkiyə tərəfindən qonaq qismində Plenar Sessiyaya dəvət edilmişdir. TBMM Sədri ilə ikitərəfli görüşü zamanı TürkPA Baş katibi Jandos Asanov cənab İsmayıl Kahramanı yenidən Türkiyə Parlamentinin Sədri seçilməsi münasibətilə təbrik etmişdir.

APA Plenar Sessiyasında TürkPA Katibliyinə müşahidəçi statusu verilmişdir.