Wednesday, 13 November 2019, 10:51:09 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Amasyada TürkPA tədbiri

11-12 may, 2017-ci il tarixlərində Türkiyənin Amasya şəhərində TürkPA Hüquq Məsələləri və Beynəlxalq Əlaqələr Komissiyasının iclası keçirilmiş və iclasda Parlament Assambleyasının gələcək aylarda Bişkekdə keçiriləcək növbəti plenar iclasının gündəliyində olan məsələlər nəzərdən keçirilmişdir. Toplantıya qeyd olunan TürkPA komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin Amasyadan olan millət vəkili və Türkiyə-Qazaxıstan Parlament Dostluq Qrupunun sədri cənab Haluk İpek sədrlik etmişdir.

Azərbaycan Milli Məclisinin millət vəkili Sədaqət xanım Vəliyevanın rəhbərliyi ilə nümayəndə heyəti, Qazaxıstandan olan senator Serik Akılbay, Qırğızıstan Joqorku Keneşinin millət vəkili Bakıtbek Rayımkulov, Türkiyə Böyük Millət Məclisinin millət vəkili Ekrem Erdem, eləcə də Baş katib Jandos Asanovun rəhbərliyi ilə TürkPA Katibliyinin heyət üzvləri toplantıda iştirak etmişdir.

Amasya Meri cənab Cafer Özdemir və əməkdaşları qardaş ölkələrdən olan qonaqları səmimi qarşılayaraq qonaqpərvərlik göstərmişdir.

Tədbir iştirakçıları Amasyanın müxtəlif tarixi və mədəni yerlərini ziyarət etmişdir.