Friday, 28 January 2022, 06:36:45 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Seçki Müşahidə Missiyası Qırğızıstanda öz işinə başlamışdır

TÜRKPA Seçki Müşahidə Missiyası 28 noyabr 2021-ci il tarixində Qırğız Respublikasında baş tutacaq parlament seçkilərinin qısamüddətli müşahidəsini həyata keçirmək məqsədilə Bişkek şəhərinə səfər edib.

TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının sədr müavini, Türkiyə Böyük Millət Məclisinin üzvü Recep Şekerin başçılıq etdiyi, parlamentarilər – Hikmət Məmmədov (Azərbaycan), Nurlan Beknazarov, Yeldos Abakanov (Qazaxıstan), Şenel Yediyıldız, Yüksel Özkan, Ömer Fethi Gürer, Yaşar Karadağ və Hüda Kaya, o cümlədən Katibliyin nümayəndələrindən ibarət olan Missiya 2021-ci ilin 25 noyabr tarixində öz işinə başlamışdır.

Müşahidə proqramı çərçivəsində TÜRKPA müşahidəçiləri Qırğız Respublikasının Seçki və Referendumlar üzrə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Nurjan Şayldabekova ilə görüşmüşdür. MSK sədri müşahidəçiləri salamlayaraq, TÜRKPA missiyalarının Qırğızıstanda seçki müşahidə fəaliyyətlərinin əhəmiyyətini vurğulamışdır. Xanım Şayldabekova seçki qanunvericiliyinə son düzəlişlər, seçki prosesində yüksək texnologiyaların tətqibi, habelə logistik və texniki aspektlər daxil olmaqla, parlament seçkilərinə hazırlıqla bağlı ətraflı məlumat vermiş və müşahidəçilərin suallarını cavablandırmışdır.

Missiya ədalətli, sərbəst və şəffaf seçkilərin keçirilməsində uğurlar arzulamış və səsvermə prosesinin nəticələrinin ölkənin gələcək rifahına töhfə verəcəyinə ümidini ifadə etmişdir.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar