Friday, 28 January 2022, 05:47:32 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Qazaxıstan Parlamenti Senatının sədr müavini ilə görüş keçirib

2021-ci ilin 23 noyabr tarixində baş katib Mehmet Süreyya Er Qazaxıstan Respublikası Parlamenti Senatının sədr müavini Askar Şakirov ilə görüş keçirib.

Senat sədrinin müavini vəzifəsinin icrasına başlaması münasibətilə baş katibi təbrik etmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır. Təşkilatın gələcək inkişafı və Katibliyin gücləndirilməsinin əhəmiyyətini vurğulayan cənab Şakirov TÜRKPA çərçivəsində parlament əməkdaşlığının keyfiyyətcə yeni mərhələyə keçəcəyinə əminliyini və Assambleyanın fəaliyyətlərinə hərtərəfli dəstək göstərməyə hazır olduqlarını ifadə etmişdir.

Öz növbəsində baş katib ATƏT PA-nın vitse-prezidenti seçilməsi münasibətilə cənab Şakirovu təbrik etmişdir. Baş katib parlamentlərarası əməkdaşlığın əhəmiyyətini qeyd edərək, türk dövlətləri arasında inteqrasiya proseslərinə Qazaxıstanın Birinci Prezidenti – Elbaşı Nursultan Nazarbayevin mühüm rolunu və böyük töhfəsini vurğulamışdır.

Tərəflər Türk Şurasının adının “Türk Dövlətləri Təşkilatı”na dəyişdirilməsi və “Türk dünyasına baxış - 2040” sənədinin qəbulunun əhəmiyyətini vurğulamışdır.

TÜRKPA-nın Fəali̇yyətdə olan Sədrliyi
TÜRKPA-nın fəaliyyətdə olan sədri
Anonslar