Tuesday, 27 July 2021, 20:05:38 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA AÖPA-nın 15-ci plenar iclasında iştirak edib

Baş katib Altınbek Mamayusupov 2021-ci ilin 3-4 iyun tarixlərində Aralıq dənizi Ölkələri Parlament Assambleyasının (AÖPA) onlayn formatda baş tutan 15-ci plenar iclasında iştirak edib.

Proqrama açılış mərasimi və AÖPA daimi komitələrinin iclasları daxil edilmişdir. AÖPA prezidenti Kərim Dərviş açılış nitqi ilə çıxış edib. Daimi komitələrin iclaslarında məişət zorakılığının həlli, rəqəmsallaşan cəmiyyətdə insan hüquqlarının qorunması, regionda son iqtisadi və ətraf mühit dəyişiklikləri, terrorizm təhdidi və təhlükəsizlik məsələləri kimi mövzular müzakirə olunmuşdur.

Cennaro Milyore (İtaliya) yeni AÖPA prezidenti seçilmişdir.