Tuesday, 27 July 2021, 20:27:54 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyası çərçivəsində seminar baş tutub

2021-ci ilin 1 iyun tarixində TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının 8-ci iclasına hazırlıqla bağlı seminar üzv parlamentlərin ekspertləri, o cümlədən TÜRKPA Katibliyinin nümayəndələrinin iştirakı ilə onlayn formatda baş tutub.

Həmçinin proqram Gənc Parlamentarilər Qrupu, Qadın Parlamentarilər Qrupu və Model Qanun üzrə əsasnamə layihələrinin müzakirəsini əhatə etmişdir.

Baş katibin müavini Fuad Ələkbərov iclasın açılışında salamlama nitqi ilə çıxış edib. İştirakçılar Komissiyanın “TÜRKPA üzv ölkələri arasında turizmin inkişaf etdirilməsi: COVID-19 pandemiyasının təsiri və gələcək perspektivlər” mövzusunda baş tutacaq növbəti 8-ci iclasının sənədlərinin layihələri üzrə müzakirələr apararaq təkliflər irəli sürmüşdür.