Tuesday, 27 July 2021, 18:31:31 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Ətraf mühit və təbii ehtiyatlar komissiyası çərçivəsində seminar baş tutub

2021-ci ilin 25 may tarixində TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının növbəti 6-cı iclasına hazırlıq üzrə seminar onlayn formatda keçirilib. Həmçinin seminarın proqramına Enerji ehtiyatlarının səmərəli istifadəsi və enerji səmərəliliyi haqqında model qanun layihəsinin müzakirəsi daxil edilmişdir.

Üzv parlamentlərdən ekspertlər, müvafiq nazirliklərin, habelə TÜRKPA Katibliyinin nümayəndələri tədbirdə iştirak edib.

Baş katibin müavini Ali Yıldız iclası açaraq salamlama nitqi ilə çıxış etmişdir. İştirakçılar Komissiyanın növbəti iclasının əsas mövzusu olacaq üzv ölkələrdə su ehtiyatları və torpaqların idarə olunması haqqında fikir mübadiləsi aparmış, o cümlədən müzakirə edilən sənədlərlə bağlı təkliflər irəli sürmüşdür.