Tuesday, 27 July 2021, 20:11:50 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA “Türkistan – Türk dünyasının mənəvi paytaxtı” mövzusunda konfransda iştirak edib

2021-ci ilin 24 may tarixində baş katibin müavini Ali Yıldız Ahmet Yesevi Beynəlxalq Qazax-Türk Universitetinin təşkil etdiyi “Türkistan – Türk dünyasının mənəvi paytaxtı: inteqrasiya və əməkdaşlıq perspektivləri” mövzusunda konfransda iştirak edib.

Tədbir parlamentarilər, Türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və nümayəndələri, o cümlədən elmi dairələrin nümayəndələrini bir araya gətirmişdir.

Çıxışı zamanı cənab Yıldız Türkistanın Türk dünyasının mənəvi paytaxtı kimi mühüm və unikal rolunu vurğulamışdır. O, türkdilli ölkələr arasında inteqrasiya proseslərində Türk institusional əməkdaşlığının rolunu və bu baxımdan Qazaxıstan Respublikasının Birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin şəxsi töhfələrini qeyd etmiş, “türk əməkdaşlığı” termininin beynəlxalq münasibətlər sistemində əhəmiyyətli yer tutduğunu bildirmişdir. Türkdilli dövlətlər arasında böyük əməkdaşlıq potensialına toxunan cənab Yıldız Assambleya çərçivəsində həyata keçirilən işlərə dair məlumat vermişdir.