Tuesday, 27 July 2021, 18:12:10 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Türkiyənin ətraf mühit və şəhərsalma naziri ilə görüşüb

5 may 2021-ci ildə baş katib Altınbek Mamayusupov Türkiyənin ətraf mühit və şəhərsalma naziri Murat Kurum ilə görüşüb. Görüş, həmçinin Türkiyə Böyük Millət Məclisinin üzvü və TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının sədr müavini Recep Şekerin iştirakı ilə baş tutub.

Baş katib nazirə Assambleyanın işi, xüsusən Ətraf mühit və təbii ehtiyatlar komissiyasının fəaliyyəti və komissiya çərçivəsində müvafiq nazirliklər və qurumlarla qarşılıqlı fəaliyyət barədə məlumat verib.

Tərəflər sərhəd toqquşmalarından sonra Qırğız Republikasındakı vəziyyəti, o cümlədən evlərin və dağılmış infrastrukturun bərpasında Türkiyənin yardımını müzakirə ediblər.

Nazir qardaş qırğız xalqına zəruri yardımı göstərməyə hazır olduğunu ifadə edib.