Tuesday, 27 July 2021, 19:40:31 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA “Təkmilləşdirilmiş su idarəçiliyi” mövzusunda seminarda iştirak edib

5 may 2021-ci ildə TÜRKPA-nın Ətraf mühit və təbii ehtiyatlar komissiyasının katibi Emin Həsənov BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin təşkil etdiyi “Təkmilləşdirilmiş su idarəçiliyi: kənd təsərrüfatımım davamlı inkişafına doğru” mövzusunda seminarda iştirak edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmak tədbirin açılışında çıxış edərək iştirakçıları salamlayıb. Seminar müvafiq nazirliklər, agentliklər, beynəlxalq təşkilatların nümayəndələri və ekspertləri bir araya gətirmişdir.

Tədbirdə iştirakçılar sudan səmərəli istifadə, kənd təsərrüfatının məhsuldarlığı və ərzaq təhlükəsizliyi, su siyasəti və iqlim dəyişikliyinin təsirləri kimi məsələləri müzakirə ediblər.