Sunday, 19 September 2021, 16:04:44 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA ADÖPA və BMT-nin Terrorçuluğa qarşı mübarizə üzrə Ofisinin virtual iclasında iştirak edib

15 fevral 2021-ci ildə Baş katibin müavini Ali Yıldız və TÜRKPA-nın Komissiya katibi Emin Həsənov Aralıq Dənizi Ölkələri Parlament Assambleyası (ADÖPA) və BMT-nin Terrorçuluğa qarşı mübarizə üzrə Ofisinin birgə təşkil etdiyi virtual iclasda iştirak edib. İclasın mövzusu “İŞİD kontekstində post-ərazi çağırışlar” olmuşdur.

Proqram açılış mərasimi, “İŞİD kontekstində post-ərazi çağırışların qiymətləndirilməsi” mövzusunda panel, “Regional əməkdaşlıq və terrorçuluğa qarşı mübarizə səylərinin gücləndirilməsi” mövzusunda yüksək səviyyəli panel, habelə sual-cavab sessiyasını əhatə etmişdir. İclas parlamentarilərə regionda post-İŞİD ilə bağlı çağırışlarla mübarizədə mövcud tendensiyalar, təcrübə və yanaşmalara dair fikir mübadiləsi imkanı yaratmışdır.

TÜRKPA və ADÖPA arasında əməkdaşlıq 2020-ci ildə imzalanmış Anlaşma Memorandumu çərçivəsində inkişaf etməkdədir.