Sunday, 19 September 2021, 15:40:30 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib GUAM PA-nın 13-cü Sessiyasında çıxış edib

10 fevral 2021-ci ildə Baş katib Altınbek Mamayusupov GUAM Parlament Assambleyasının onlayn formatda keçirilən 13-cü Sessiyasında çıxış edib.

GUAM PA milli nümayəndə heyətləri, eləcə də digər regional təşkilatların nümayəndələri tədbirdə iştirak etmişdir. Sessiyanın gündəliyinə yeni qlobal çağırışlar şəraitində üzv ölkələrin əməkdaşlığı, COVID-19 pandemiyasına və onun mənfi sosial-iqtisadi nəticələrinə qarşı mübarizə, üzv ölkələrdə münaqişələrin cari vəziyyəti və həll edilmə perspektivləri, parlamentlərarası qarşılıqlı fəaliyyətin gücləndirilməsi, GUAM-ın əsas iqtisadi layihələrinin təşviqi və yeni əməkdaşlıq istiqamətləri kimi məsələlər daxil edilmişdir.

Çıxışı zamanı Baş katib iştirakçılara Assambleyanın fəaliyyətləri, xüsusən, pandemiya şəraitində üzv ölkələr arasında qarşılıqlı fəaliyyət barədə məlumat vermişdir. TÜRKPA-nın fəaliyyətində qlobal parlament dialoqunun təşviqini prioritet istiqamətlərdən biri kimi qeyd edərək cənab Mamayusupov birgə təşəbbüslər və layihələrin həyata keçirilməsi üçün əlavə üstünlük təşkil edən regionların qonşuluğu ilə şərtlənən iki Assambleya arasında əməkdaşlığın inkişafı baxımından mövcud böyük potensialı vurğulamışdır.