Sunday, 19 September 2021, 15:31:33 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TDMMB nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət edib

4 fevral 2021-ci ildə Baş katib İlyas Demircinin rəhbərlik etdiyi Türk Dünyası Memarlar və Mühəndislər Birliyi (TDMMB) nümayəndə heyəti TÜRKPA Katibliyini ziyarət etmiş və Baş katib Altınbek Mamayusupov ilə görüşmüşdür.

Hər iki baş katib pandemiya fonunda müvafiq olaraq öz təşkilatlarının fəaliyyətlərinə dair məlumat vermiş və pandemiyadan sonrakı müddətdə gələcək fəal əməkdaşlığa ümidlərini ifadə etmişdir. Cənab Mamayusupov təşkilatın TDMMB təşəbbüslərinə hüquqi dəstək verməyə hazır olduğunu qeyd etmişdir. Öz növbəsində, cənab Demirci Assambleya çərçivəsində həyata keçirilən işləri yüksək qiymətləndirmişdir.

Həmçinin tərəflər birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparmışdır.

Ziyarət zamanı qonaqlar türkdilli ölkələr arasında əsrlərlə yaşı olan dostluq və qardaşlığı əks etdirən nəşrlər, albomlar və milli simvollarla bəzədilmiş suvenirlərdən ibarət Katibliyin kitabxanası ilə tanış olmuşdur.