Sunday, 19 September 2021, 16:11:09 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Qırğızıstan Prezidentinin andiçmə mərasimi və beynəlxalq təşkilat rəhbərləri ilə birgə görüşündə iştirak edib

28 yanvar 2021-ci il tarixində Baş katib Altınbek Mamayusupov Qırğızıstan Respublikası Prezidenti cənab Sadır Japarovun Bişkekdə keçirilmiş andiçmə mərasimində iştirak edib.

Eyni gündə, Baş katib beynəlxalq təşkilat rəhbərlərinin Qırğızıstan Respublikası Prezidenti ilə birgə görüşündə iştirak etmişdir.

Qırğızıstan Prezidenti ölkənin beynəlxalq tərəfdaşlarla qarşılıqlı faydalı əməkdaşlığa töhfə verməkdə davam edəcəyini bir daha təsdiq edib. O, Qırğızıstan Respublikasının ikitərəfli və çoxtərəfli razılaşmalara əsasən bütün beynəlxalq öhdəliklərə əməl etdiyini və əməl etməkdə davam edəcəyini bildirmişdir.

Prezident Türk əməkdaşlıq təşkilatları ilə məhsuldar və uzunmüddətli əməkdaşlığın davam edəcəyinə ümidini ifadə edərək ölkənin bu təşkilatların üzv ölkələri ilə hərtərəfli əməkdaşlığın daha da möhkəmlənməsinə töhfə vermək niyyətini qeyd etmişdir.

Beynəlxalq təşkilat rəhbərləri rəsmi andiçmə mərasiminin baş tutması münasibətilə Prezidenti təbrik etmiş və vəzifəsində uğurlar arzulamışdır.