Sunday, 19 September 2021, 15:53:33 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Qırğızıstan XİN Diplomatik Akademiyası ilə əməkdaşlıq memorandumu imzalayıb

27 yanvar 2021-ci ildə TÜRKPA Baş katibi Altınbek Mamayusupov və Qırğızıstan Respublikası Xarici İşlər Nazirliyinin K.Dikambayev adına Diplomatik Akademiyasının rektoru Çinara Adamkulova Bişkekdə iki qurum arasında əməkdaşlıq memorandumu imzalamışdır.

Görüş zamanı Rektor Memorandumun üzv ölkələrin universitetləri ilə ikitərəfli əsasda əlaqələrin yaradılmasına töhfə verəcəyinə ümidini ifadə edib. Baş katib belə fəaliyyətlərin önəmini vurğulayaraq gələcək məhsuldar əməkdaşlıq üçün hazır olduğunu qeyd etmişdir.

Həmçinin tərəflər qarşılıqlı maraq kəsb edən sahələrdə mümkün birgə tədbirlərin təşkilini müzakirə etmişdir.