Thursday, 12 December 2019, 13:14:36 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Ankarada görüşlər keçirmişdir

4-5 noyabr 2019-cu ildə, Baş katib Altınbek Mamayusupov Ankarada Türkiyə Mədəniyyət və Turizm Nazirinin müavini Dr. Serdar Çam, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Sədr əvəzi cənab Serkan Kayalar, Xaricdə Yaşayan Türklər və Qohum İcmalar üzrə Qurumun Sədri cənab Abdullah Eren və Yunus Emre İnstitutunun Sədri Prof. Dr. Şeref Ateş ilə görüşlər keçirmişdir.

Bu görüşlərdə tərəflər qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmiş və gələcək əməkdaşlığın mümkün aspektləri haqqında danışmışdır.

Həmçinin Baş katibin müavini Ali Yıldız görüşlərdə iştirak etmişdir.