Thursday, 12 December 2019, 12:54:58 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Istanbulda üzv ölkələrin milli qanunvericiliklərinin uyğunlaşdırılması üzrə seminar baş tutmuşdur

31 oktyabr 2019-cu il tarixində İstanbulda parlamentarilərin, Türk Mədəniyyəti və İrsi Fondunun vəTürkiyənin YUNESKO üzrə Milli Komissiyasının rəhbərlərinin, eləcə də üzv parlamentlərin və Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin iştirakı ilə TÜRKPA üzv ölkələrinin milli qanunvericiliklərin uyğunlaşdırılması üzrə 4-cü seminar keçirilmişdir.

TÜRKPA-nın Hüquqi Məsələlər və Beynəlxalq Əlaqələr Komissiyasının sədri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) üzvü cənab İsmet Uçma, TBMM üzvü, Türkiyənin keçmiş Mədəniyyət və Turizm naziri cənab Nabi Avcı, Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Günay Əfəndiyeva, Türkiyənin YUNESKO üzrə Milli Komissiyasının Prezidenti cənab Öcal Oğuz seminarda açılış nitqləri ilə çıxış etmiş, ardınca sessiyalarla işinə davam edən tədbirdə iştirakçılara müvafiq qurumlar tərəfindən qeyri-maddi mədəni irsin qorunması istiqamətində görülən işlər haqqında məlumat verilmişdir. İştirakçılar Türk dünyasının qeyri-maddi mədəni irsinin qorunması və Turizmə dair müvafiq olaraq Türkiyə və Azərbaycan parlamentlərinin nümayəndələrinin təqdim etdiyi model qanun layihələri ətrafında müzakirələr və fikir mübadiləsi aparmışdır.