Thursday, 12 December 2019, 13:01:49 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Qırğızıstan Parlamentində təcrübə mübadiləsi proqramı təşkil edilmişdir

“Qırğızıstan Respublikası Joqorku Keneşinin ətraf mühit və təbii ehtiyatlar məsələləri ilə məşğul olan komitələrinin iş prinsipləri” mövzusunda üçüncü təcrübə mübadiləsi proqramı Qırğızıstan Respublikası Joqorku Keneşi və TÜRKPA-nın birgə təşkilatçılığı ilə 14-18 oktyabr 2019-cu ildə, Bişkekdə keçirilmişdir.

Üzv parlamentlərin aparatlarının müvafiq şöbələrini təmsil edən əməkdaşlar qeyd olunan sahədə Joqorku Keneşin təcrübəsi ilə tanışlıq məqsədilə proqramda iştirak etmişdir.

Proqrama Yanacaq-enerji Kompleksi və Yeraltı Sərvətlərdən Istifadə, Kənd Təsərrüfatı Siyasəti, Su Ehtiyatları, Ətraf Mühit və Regional Inkişaf komitələrinin şöbələrinin, eləcə də Sənaye, Enerji və Yeraltı Sərvətlərdən Istifadə üzrə Dövlət Komitəsi və Ətraf Mühitin Mühafizəsi və Meşə Təsərrüfatı üzrə Dövlət Agentliyinin əməkdaşlarının təqdimatları daxil edilmişdir. Həmçinin iştirakçılar Joqorku Keneşin plenar iclasında iştirak etmişdir.

Joqorku Keneşin Aparat Rəhbəri cənab Samatbek İbrayev, Joqorku Keneşin millət vəkili cənab Baktıbek Turusbekovla birgə proqramın uğurla başa çatması münasibətilə iştirakçıları təbrik edərək sertifikatlar təqdim etmişdir.

Qeyd olunan proqram qəbul edilmiş Fəaliyyət Planına uyğun olaraq həyata keçirilir.