Thursday, 12 December 2019, 13:06:32 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Pİ Assambleyasında iştirak edib

TÜRKPA-nın fəaliyyətdə olan sədri və Türkiyə Böyük Millət Məclisinin (TBMM) Spikeri cənab Mustafa Şentop 13-17 oktyabr 2019-cu ildə Serbiyanın Belqrad şəhərində keçirilən 141-ci Parlamentlərarası İttifaq (Pİ) Assambleyasında iştirak edib.

TÜRKPA üzv parlamentləri də daxil olmaqla, 1700-dən çox parlamentari, BMT və bütün dünyadan vətəndaş cəmiyyəti tərəfdaşları “Beynəlxalq hüququn möhkəmlənməsi: Parlamentlərin rolu və mexanizmlər, regional əməkdaşlığın töhfəsi” mövzusunda ümumi müzakirələrdə iştirak etmək məqsədilə Belqradda bir araya gəlmişdir.

Eyni zamanda, Assambleya iştirakçıları 1889-cu ildə əsası qoyulmuş Pİ-nin 130, eləcə də Cenevrə Konvensiyasının 70 illiyini qeyd etmişdir.

Həmçinin TÜRKPA-nın komissiya katibi Emin Həsənov 141-ci Pİ Assambleyasında iştirak etmişdir.