Thursday, 12 December 2019, 12:30:13 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmişdir

Baş katib Altınbek Mamayusupovun rəhbərlik etdiyi TÜRKPA nümayəndə heyəti 14 oktyabr 2019-cu il tarixində Türk Şurasının 7-ci Zirvə görüşü çərçivəsində Bakıda keçirilmiş Türk Şurasının Xarici İşlər Nazirləri Şurasında iştirak etmişdir.

Türk Şurası üzv ölkələrinin, eləcə də Özbəkistan və Macarıstanın Xarici İşlər Nazirləri, o cümlədən türk əməkdaşlıq qurumlarının başçıları iclasda iştirak etmişdir.

Sədrliyi uğurla sona çatdırdıqdan sonra Qırğızıstan tərəfi onu Azərbaycan Respublikasına təhvil vermişdir.

Öz çıxışında Baş katib Naxçıvan müqaviləsinin 10-cu ildönümü münasibətilə təbriklərini çatdırmış və Özbəkistanın Türk Şurasında tam hüquqlu iştirakını türk əməkdaşlıq qurumları tarixində yeni səhifə kimi qiymətləndirmişdir. Ümumi hüquqi-normativ məkanın formalaşdırılmasının istənilən inteqrasiya prosesinin əsasında dayandığını qeyd edən cənab Mamayusupov müasir dünyada parlament diplomatiyasının rolu və bu proseslərdə TÜRKPA-nın mövqeyini vurğulamışdır.

Nazirlər 15 oktyabrda Dövlət Başçıları Şurasında üzv ölkə Prezidentləri tərəfindən imzalanacaq müvafiq sənədləri və Zirvə Bəyannaməsini yekunlaşdırmışdır.

Tədbirdən sonra Xarici İşlər Nazirləri və Türk əməkdaşlıq qurumları başçılarının iştirakı ilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun yeni inzibati binasının açılış mərasimi keçirilmişdir.