Thursday, 12 December 2019, 13:02:34 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib “Türk dünyasının qadını - keçmişdən bu günə” mövzusunda konfransda iştirak etmişdir

Baş katib Altınbek Mamayusupov 11 oktyabr 2019-cu ildə, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə Türk Şurasının 7-ci Zirvə Görüşünə həsr edilmiş “Türk dünyası həftəsi” çərçivəsində birgə təşkil etdiyi “Türk dünyasının qadını - keçmişdən bu günə” mövzusunda konfransda çıxış etmişdir.

Öz çıxışında Baş katib türk xalqlarının mədəni irsinin tanıdılmasında Fond tərəfindən həyata keçirilən fəaliyyətin əhəmiyyətini vurğulamışdır. Mövzunu Assambleyanın gündəliyinin əsas məsələlərindən biri kimi qeyd edən cənab Mamayusupov bu istiqamətdə həyata keçirilən fəaliyyət və TÜRKPA çərçivəsində qarşıdan gələn qadın parlamentarilərin platformasının yaradılması barədə məlumat vermişdir.

Konfransda türk əməkdaşlıq qurumlarının və akademik dairələrin nümayəndələri iştirak etmişdir. İştirakçılar Türk qadınının tarixdə rolu, ictimai həyatda iştirakı və mədəni irsə təsirinə dair fikir mübadiləsi aparmışdır.