Thursday, 12 December 2019, 11:49:08 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib 4-cü AÖPSM çərçivəsində parlamentlərarası təşkilatlarla əməkdaşlığı müzakirə etmişdir

Nur-Sultanda keçirilən Avrasiya Ölkələri Parlament Spikerlərinin Dördüncü Müşavirəsi çərçivəsində 24 sentyabr 2019-cu ildə, Baş katib Altınbek Mamayusupov MDB Parlamentlərarası Assambleyası Şurasının (MDB PA) Baş katibi Dmitriy Kobitskiy ilə görüşmüşdür.

Tərəflər iki təşkilat arasında daha sıx əməkdaşlığı müzakirə etmiş, qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparmışdır.

***

24 sentyabr 2019-cu il tarixində, Baş katib Altınbek Mamayusupovun Nur-Sultanda keçirilən Avrasiya Ölkələri Parlament Spikerlərinin Dördüncü Müşavirəsi çərçivəsində Asiya Parlament Assambleyasının (APA) Baş katibi Mohammad Reza Majidi ilə görüşü baş tutmuşdur.

Tərəflər fikir mübadiləsi aparmış və gələcək əməkdaşlıq imkanlarının aspektlərini müzakirə etmişdir.

Qeyd edək ki, TÜRKPA 2017-ci ildən APA-da müşahidəçi statusa malikdir.

***

24 sentyabr 2019-cu ildə, Baş katib Altınbek Mamayusupov Nur-Sultanda keçirilən Avrasiya Ölkələri Parlament Spikerlərinin Dördüncü Müşavirəsi çərçivəsində Əhali və İnkişaf naminə Parlamentarilərin Asiya Forumunun Baş katibi Jetn Siratranont ilə görüşmüşdür.

Hər iki baş katib əməkdaşlıq perspektivləri üzrə fikir mübadiləsi aparmış, qarşılıqlı maraq kəsb edən məsələləri müzakirə etmişdir.