Thursday, 12 December 2019, 11:48:30 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Azərbaycan və Türkiyə parlamentlərinin sədrləri Türk Akademiyasını ziyarət edib

23 sentyabr 2019-cu ildə, Avrasiya Ölkələri Parlament Spikerlərinin Dördüncü Müşavirəsində iştirak etmək üçün Nur-Sultanda səfərdə olan TÜRKPA üzv parlamentləri Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov və Türkiyə Böyük Millət Məclisinin sədri, TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Mustafa Şentopun rəhbərlik etdiyi parlament nümayəndə heyətləri, eləcə də TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov Beynəlxalq Türk Akademiyasını ziyarət etmişdir.

Türk Akademiyasının prezidenti cənab Darxan Kıdırali qonaqlara Akademiyanın fəaliyyətləri barədə məlumat vermişdir.

Proqrama Türk Muzeyi və türkologiya sahəsində minlərlə nadir kitaba malik kitabxana ilə tanışlıq da daxil edilmişdir.

Eyni zamanda, parlament sədrlərinə Naxçıvan sazişinə əsasən Türk Şurasının yaradılmasının 10-cu ildönümünə həsr olunmuş Beynəlxalq Türk Akademiyasının xüsusi qızıl medalları təqdim edilmişdir.