Monday, 21 October 2019, 23:54:06 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti Sakaryada TDMMB tədbirində iştirak edib

17-20 iyun 2019-cu ildə, TÜRKPA nümayəndə heyəti Sakaryada keçirilmiş və Türk Dünyası Memarlar və Mühəndislər Birliyi (TDMMB), Sakarya Böyükşəhər Bələdiyyəsi və Sakarya Universiteti tərəfindən təşkil edilmiş Türk Dünyası Mühəndislik, Memarlıq və Şəhərsalma Forumunda iştirak etmişdir.

Türkiyə Ətraf Mühit və Şəhərsalma Nazirinin müavini və TDMMB sədri cənab Mücahit Demirtaş, Sakarya Böyükşəhər Bələdiyyəsi başçısı cənab Ekrem Yüce, Sakarya Universitetinin rektoru Prof. Dr. Fatih Savaşan, Oş şəhər meri cənab Taalaybek Sarıbaşev, eləcə də beynəlxalq təşkilatların, universitetlərin nümayəndələri, alimlər tədbirə qatılmışdır.

Açılış mərasiminin ardınca tədbir "Türk dünyasında müştərək şəhər mədəniyyətinin inkişafı" və "Türk dünyasında müştərək mühəndislik və memarlıq təhsili" adlı panel sessiyalarla davam etmişdir. Baş katibin müavini cənab Ali Yıldız öz çıxışında TÜRKPA-nın fəaliyyətləri barədə məlumat vermiş və mümkün əməkdaşlıq sahələrinə diqqət çəkmişdir.

TÜRKPA və TDMMB arasında əməkdaşlıq 2015-ci ildə Bakıda imzalanmış Əməkdaşlıq Memorandumu çərçivəsində inkişaf etməkdədir.