Saturday, 24 August 2019, 22:49:38 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA AQFETM zirvə toplantısında iştirak etmişdir

15 iyun 2019-cu ildə, baş katibin müavini cənab Naurız Aydarov Tacikistanın Düşənbə şəhərində keçirilmiş Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQFETM) beşinci zirvə toplantısında iştirak etmişdir. Zirvə toplantısının mövzusu "Təhlükəsiz və daha firavan AQFETM regionu üçün ümumi baxış" olmuşdur.

Üzv ölkələrin dövlət və hökumət başçılarının rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyətləri, nazirlər və beynəlxalq təşkilatların nümayəndələri zirvə toplantısında iştirak etmişdir. İştirakçılar regional və qlobal təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparmışdır.

TÜRKPA AQFETM-də 2012-ci ildən müşahidəçi statusuna malikdir.