Tuesday, 22 October 2019, 00:07:23 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Üzv ölkələrin parlament nümayəndə heyətləri TÜRKPA Katibliyini ziyarət etmişdir

15 iyun 2019-cu ildə, Qadın Parlamentarilərin Beynəlxalq Konfransında iştirak edən və üzv ölkələrin millət vəkillərindən ibarət parlament nümayəndə heyətləri Katibliyi ziyarət etmişdir.

Qonaqlar baş katib cənab Altınbek Mamayusupov və baş katibin müavinləri cənab Fuad Ələkbərov və cənab Ali Yıldız tərəfindən qarşılanmışdır.

Ziyarət zamanı qonaqlar Katibliyin binası və keçən il açılmış, görkəmli müəlliflərin kitabları, türk ölkələri arasında dostluq və əməkdaşlığı əks etdirən rəngarəng albomlardan və milli simvollarla bəzədilmiş suvenirlərdən ibarət kitabxana ilə tanış olmuşdur.