Saturday, 24 August 2019, 21:51:03 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Azərbaycan Parlamentinin Sədri konfrans iştirakçılarını qəbul etmişdir

14 iyun 2019-cu ildə, TÜRKPA və Azərbaycan Respublikası Milli Məclisinin birgə təşkil etdiyi Qadın Parlamentarilərin Beynəlxalq Konfransı başa çatdıqdan sonra Milli Məclisin sədri cənab Oqtay Əsədov konfransda iştirak edən TÜRKPA üzv ölkələrinin parlament nümayəndə heyətlərini qəbul etmişdir.

İştirakçıları salamlayan cənab Əsədov narahatlıq doğuran məsələlərin müzakirə edilməsi üçün üzv ölkələrin qadın parlamentarilərini bir araya gətirən konfransın əhəmiyyətini vurğulamışdır. Parlament sədri qeyd etmişdir ki, konfransın mövzusu həm Türk dünyasında, həm də qlobal miqyasda mühüm əhəmiyyət kəsb edir.

Konfrans iştirakçıları tədbirə yüksək səviyyədə ev sahibliyi edilməsi münasibətilə Milli Məclisə minnətdarlığını ifadə etmişdir. Həmçinin onlar qadınların cəmiyyət həyatının bütün sahələrində fəal iştirak etdiyini qeyd edərək gender bərabərliyi sahəsində platformanın yaradılması baxımından konfransın əhəmiyyətini vurğulamışdır.

Tərəflər ümumi maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi aparmışdır.