Saturday, 24 August 2019, 22:31:26 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkiyə Parlamentində TÜRKPA medalları ilə təltifetmə mərasimi təşkil olunmuşdur

16 may 2019-cu ildə, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər Komissiyasının yeddinci iclası çərçivəsində Türkiyə Böyük Millət Məclisində (TBMM) "TÜRKPA-nın onuncu ildönümü" Medalları ilə təltifetmə və TÜRKPA-nın onuncu ildönümünə həsr edilmiş fotosərgi təşkil edilmişdir.

Mərasimdə iştirak edən TBMM Spikeri və TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Mustafa Şentop çıxış etmişdir. Öz çıxışında Spiker parlamentariləri təbrik etmiş, türkdilli ölkələr arasında əməkdaşlıq və parlamentarizmin inkişafına verdikləri mühüm töhfəyə görə təşəkkürünü bildirmiş və gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Cənab Mustafa Şentop, həmçinin Türkiyə Parlamentinin keçmiş spikerləri - cənab Köksal Toptan, cənab Mehmet Ali Şahin, cənab Cemil Çiçek, cənab İsmet Yılmaz, cənab İsmail Kahraman və cənab Binali Yıldırım, keçmiş parlamentarilər – cənab Nevzat Pakdil, cənab Haluk İpek, cənab Ekrem Erdem, cənab Feyzullah Kıyıklık və TBMM üzvü cənab Erkan Aydın "TÜRKPA-nın onuncu ildönümü" Medalı ilə təltif edilmişdir.

Mərasim iştirakçıları TÜRKPA-nın ötən on illik fəaliyyətini əks etdirən fotolardan ibarət fotosərgi ilə tanış olmuşdur.