Wednesday, 16 October 2019, 19:14:39 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türk Şurasının baş katibi TÜRKPA Katibliyini ziyarət etmişdir

6 may 2019-cu il tarixində Türk Şurası baş katibi cənab Bağdad Amreyevin rəhbərlik etdiyi, baş katibin müavini cənab Qismət Gözəlov və layihə meneceri cənab Fərrux Cumayevdən ibarət olan nümayəndə heyəti TÜRKPA Katibliyinə ziyarət etmiş və baş katib cənab Altınbek Mamayusupov ilə görüşmüşdür.

Tərəflər bir-birinə öz təşkilatlarının cari və gələcək fəaliyyətləri barədə məlumat vermiş və Türk əməkdaşlıq təşkilatları arasında qarşılıqlı fəaliyyətin gələcək inkişafı və koordinasiyanın gücləndirilməsi barədə fikir mübadiləsi etmişdir.

Türk əməkdaşlığının parlament ölçüsünün əhəmiyyətini vurğulayan hər iki baş katib müvafiq qurumların işinə hüquqi dəstək göstərilməsində səylərin birləşdirilməsi ehtiyacını qeyd etmişdir.

Ziyarət zamanı qonaqlar keçən il açılmış və dostluq və qardaşlığı əks etdirən, üzv ölkələrdən olan nəşrlər, albomlar, eləcə də milli simvollarla bəzədilmiş suvenirlərdən ibarət Katibliyin kitabxanası ilə tanış olmuşdur. Həmçinin ziyarətin sonunda ailə fotosu çəkilmişdir.