Saturday, 24 August 2019, 22:33:08 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA nümayəndə heyəti Azərbaycanın Mədəniyyət Naziri ilə görüşmüşdür

3 may 2019-cu il tarixində, TÜRKPA-nın Sosial, Mədəni və Humanitar Məsələlər Komissiyasının sədri, Qırğızıstan Respublikası Joqorku Keneşinin üzvü cənab Sadık Şer-Niyaz və baş katib cənab Altınbek Mamayusupovdan ibarət olan TÜRKPA nümayəndə heyəti Mədəniyyətlərarası Dialoq üzrə 5-ci Dünya Forumu çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Naziri cənab Əbülfəs Qarayev ilə görüşmüşdür.

Tərəflər TÜRKPA üzv ölkələrində kinematoqrafiyanın inkişafı üzrə təcrübə mübadiləsinin aparılması, yeni kinematoqrafların hazırlanması, o cümlədən, bu sahədə milli qanunvericiliklərin yaxınlaşdırılmasında TÜRKPA-nın rolu haqqında fikir mübadiləsi aparmışdır.

Həmçinin tərəflər iclas zamanı beynəlxalq arenada tanınmaq üçün türkdilli ölkələrin kinematoqrafiya istehsalı imkanlarını müzakirə etmişdir.