Monday, 21 October 2019, 23:52:15 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Katiblikdә hüquq ekspertlәrinin iclası baş tutmuşdur

30 aprel - 1 may 2019-cu ildə Katiblik TÜRKPA-nın hüquqi layihə sənədləri ilə iş üzrə hüquq ekspertlərinin ikinci iclasına ev sahibliyi etmişdir. Üzv parlamentlərdən olan ekspertlər, eləcə də Katibliyin nümayəndələri iclasda iştirak etmişdir.

İştirakçılar ilk iclasın nəticələrini və TÜRKPA-nın hüquqi sənədlərinin cari vəziyyətini nəzərdən keçirmişdir. İclasda Reqlament, Katibliyin Əsasnaməsi və Seçki Müşahidəsinin Əsasnaməsi kimi hüquqi layihə sənədlər müzakirə edilmişdir.