Tuesday, 10 December 2019, 22:27:21 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA nümayәndә heyәti MDB PA plenar iclasında iştirak edib

19 aprel 2019-cu ildə, baş katib Altınbek Mamayusupovun başçılıq etdiyi TÜRKPA nümayəndə heyəti Sankt-Peterburq şəhərinin Tavriçeski sarayında keçirilən MDB PA-nın 49-cu plenar iclasında iştirak etmişdir.

MDB PA üzv ölkələrindən olan parlament nümayəndə heyətləri, beynəlxalq təşkilatlar və akademik dairələrin nümayəndələri plenar iclasda iştirak etmişdir.

Açılış nitqlərindən sonra məruzəçilər MDB PA daimi komissiyalarının üzvləri və ekspertlər tərəfindən hazırlanmış model qanunları təqdim etmişdir. Plenar iclas MDB PA Şurası üzvlərinin iştirakı ilə baş tutmuş mətbuat konfransı ilə başa çatmışdır.

MDB PA plenar iclasının tədbirləri çərçivəsində baş katib Azərbaycan Respublikası Milli Məclisinin sədri cənab Oqtay Əsədov, Qazaxıstan Respublikası Parlamenti Senatının sədri xanım Dariqa Nazarbayeva, Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri cənab Dastanbek Jumabekov, eləcə də TÜRKPA üzv ölkələrinin nümayəndə heyətlərinin üzvləri və digər vəzifəli şəxslərlə görüşmüşdür.

Plenar iclasın tədbirləri ərzində baş katibin müavini Naurız Aydarov baş katibi müşayiət etmişdir.

Eyni zamanda, iclas çərçivəsində TÜRKPA üzv parlamentləri sədrləri arasında ikitərəfli görüşlər keçirilmişdir.