Monday, 03 August 2020, 12:42:27 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Bişkek ATƏT PA Payız İclasına ev sahibliyi etmişdir

3-6 oktyabr, 2018-ci ildə 160 ATƏT parlamentariləri, eləcə də Mərkəzi Asiyada ATƏT sahə əməliyyatları başçıları və Əməkdaşlıq üçün Aralıq Dənizi Tərəfdaşları ilə ATƏT Əlaqə Qrupunun Sədrliyinin nümayəndəsi daxil olmaqla, 300 nümayəndə heyətini bir araya gətirən ATƏT Parlament Assambleyasının 17-ci Payız İclası Bişkekdə keçirilmişdir.

Qırğızıstan Respublikası Joqorku Keneşinin (Parlament) ev sahibliyində keçən iclas miqrasiya, ticarət, terrorizm, sərhəd təhlükəsizliyi və ətraf mühit kimi qlobal problemləri müzakirə etmişdir.

Qırğızıstan Respublikasının Prezidenti cənab Sooronbay Jeenbekov, Qırğızıstan Respublikası Joqorku Keneşinin sədri və TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Dastanbek Jumabekov və ATƏT PA Prezidenti George Tsereteli açılış mərasimində çıxış etmişdir.

İclasda iştirak edən Baş katib Altınbek Mamayusupov tədbir çərçivəsində ATƏT PA Prezidenti cənab George Tsereteli, ATƏT PA Baş katibi cənab Roberto Montella və TÜRKPA üzv ölkələrinin ATƏT PA nümayəndə heyətləri üzvləri ilə görüşmüşdür.