Monday, 03 August 2020, 12:34:38 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Antalyada Assambleya Şurasının qeyri-rәsmi iclası keçirilmişdir

8 oktyabr, 2018-ci il tarixində Antalyada Azərbaycan Milli Məclisinin sədri cənab Oqtay Əsədov, Qazaxıstan Parlamenti Məclisinin sədri cənab Nurlan Niqmatulin, Qırğızıstan Joqorku Keneşinin sədri cənab Dastanbek Jumabekov və Türkiyə Böyük Millət Məclisinin spikeri cənab Binali Yıldırımın iştirakı ilə Assambleya Şurasının qeyri-rəsmi iclası keçirilmişdir. TÜRKPA-nın fəaliyyətdə olan sədri cənab Dastanbek Jumabekovun sədrliyi ilə keçirilən iclas 39 ölkədən parlamentarilər və beynəlxalq təşkilat nümayəndələrinin iştirakı ilə keçirilməkdə olan Avrasiya Ölkələri Parlamentləri Spikerlərinin Üçüncü Müşavirəsi çərçivəsində baş tutmuşdur.

TÜRKPA üzv parlamentləri sədrləri 20-21 noyabr, 2018-ci ildə Türkiyənin İzmir şəhərində baş tutacaq TÜRKPA-nın qarşıdan gələn 8-ci Plenar İclasının gündəliyini müzakirə etmişdir. Həmçinin tərəflər Assambleyanın cari və gələcək fəaliyyətləri barədə fikir mübadiləsi apararaq TÜRKPA-nın müsbət inkişaf perspektivlərini qeyd etmişdir.

İclas zamanı parlament sədrləri ötən onillik ərzində üzləşdiyi çətinliklərə baxmayaraq TÜRKPA-nın böyük uğurlara imza atdığını vurğulamış və TÜRKPA çətiri altında əməkdaşlığın gələcək inkişafına əminliklərini ifadə etmişdir.