Monday, 03 August 2020, 13:11:19 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Milli Mәclis Azәrbaycan Parlamentinin 100 illiyi münasibәtilә tәntәnәli iclas keçirmişdir

21 sentyabr, 2018-ci ildə Azərbaycan Parlamentinin 100-cü ildönümünə həsr edilmiş və Azərbaycan Respublikası Milli Məclisində (Parlament) keçirilmiş təntənəli mərasim müxtəlif ölkələrin milli parlamentlərinin, beynəlxalq təşkilatların və Bakıda akkreditasiya olunmuş diplomatik korpus başçıları və nümayəndələrini bir araya gətirmişdir.

Tədbirdə iştirak edən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev çıxış etmişdir.

Təntənəli tədbirdə iştirak etdikləri üçün iştirakçılara təşəkkürünü bildirən Milli Məclis sədri cənab Oqtay Əsədov 1918-ci ildə Azərbaycan Demokratik Respublikası və onun parlamentinin yaradılmasının yeni tarixi şəraitdə Azərbaycan xalqının dövlətçilik potensialının təzahürü və müstəqillik arzusunun həyata keçməsi olduğunu qeyd etmişdir. Cənab Əsədov demokratik və dünyəvi dövlətçilik yolunda əmin addımların yalnız Azərbaycanın deyil, eləcə də bütün Müsəlman Şərqinin siyasi həyatında yeni səhifə açdığını vurğulamışdır.

Tədbir Azərbaycan Parlamentinin 100 illiyi ilə bağlı sənədli filmin nümayişi və iştirakçıların təbrik nitqləri ilə davam etmişdir.

Həmçinin TÜRKPA Baş katibi cənab Altınbek Mamayusupov təntənəli iclasda iştirak etmişdir.