Monday, 03 August 2020, 13:40:08 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkiyә Parlamenti Sәdri TÜRKPA Katibliyi nümayәndә heyәtini qәbul etmişdir

8 avqust, 2018-ci il tarixində Baş katib Altınbek Mamayusupovun rəhbərliyi ilə TÜRKPA Katibliyinin diplomatik heyəti Türkiyə Böyük Millət Məclisinin (TBMM) yeni seçilmiş Sədri Binali Yıldırım ilə görüşmüşdür.

Cənab Mamayusupov Assambleyanın cari məqsəd və vəzifələri haqqında danışaraq TBMM Sədrinə məlumat vermiş və ekspert potensialının toplanması ilə yanaşı, TÜRKPA-nın himayəsi ilə praktiki məqsədyönlü əməkdaşlığın inkişaf etdirilməsi ehtiyacını vurğulamışdır.

TÜRKPA-nın Türk dünyası üçün əhəmiyyətindən bəhs danışan cənab Yıldırım qurucu üzvlərdən biri kimi Türkiyənin TÜRKPA-ya tam dəstəyini bir daha təsdiqləmiş və bütün altı türkdilli ölkələrin institutional səviyyədə türk əməkdaşlıq platformasını təşkil edəcəyinə inandığını ifadə etmişdir.

Həmçinin tərəflər 2018-ci ilin payızında Türkiyənin ev sahibliyində təşkil ediləcək qarşıdan gələn Səkkizinci Plenar İclasın təşkilati məsələləri və bu çərçivədə TÜRKPA-nın onuncu ildönümü məsələlərini müzakirə etmişdir. Söhbət zamanı, həmçinin Baş katib Mamayusupov rəsmi olaraq cənab Yıldırımı TÜRKPA Katibliyini ziyarət etməyə dəvət etmiş və gözlənilən səfərin təqribi tarixini müzakirə etmişdir.

Katibliyin nümayəndə heyəti müvafiq olaraq Azərbaycan, Qazaxıstan və Türkiyə parlamentlərinin nümayəndələri və Baş katibin müavinləri cənab Fuad Ələkbərov, cənab Naurız Aydarov və cənab Ali Yıldızdan ibarət olmuşdur.