Monday, 03 August 2020, 13:37:37 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Baş katib Azәrbaycan Ekologiya vә Tәbii Sәrvәtlәr Naziri ilә görüşmüşdür

16 iyul, 2018-ci il tarixində Baş katib Altınbek Mamayusupov Azәrbaycan Respublikası Ekologiya vә Tәbii Sәrvәtlәr Naziri cənab Muxtar Babayev ilə görüşmüşdür.

Baş katib cənab Babayevi yeni vəzifəsinə təyinatı münasibətilə təbrik etmiş və Assambleyanın cari fəaliyyəti və gələcək planları barədə Nazirə məlumat vermişdir. Həmçinin o, Nazirlik, eləcə də TÜRKPA çətiri altında birləşən əməkdaşlıq sahələrini əhatə edən müvafiq dövlət qurumları ilə praktiki və məqsədyönlü əməkdaşlıq fəaliyyətlərinin həyata keçirilməsi ehtiyacını vurğulamışdır. Baş katib TÜRKPA-nın üzv ölkələrin ətraf mühit məsələlərinə həsr edilmiş birgə tədbirlərin təşkil edilməsinə töhfə verməyə hazır olduğunu bildirmişdir.

Cənab Babayev Nazirliyin cari fəaliyyəti, o cümlədən, ətraf mühitin mühafizəsi sahəsində Azərbaycanın strateji məqsədləri və vəzifələri barədə Baş katibə məlumat vermişdir. O, bu sahədə TÜRKPA-nın fəaliyyətinə Nazirliyin tam dəstəyini ifadə etmiş və keçmiş parlamentari və TÜRKPA-da Azərbaycan nümayəndə heyətinin üzvü olaraq Türkdilli ölkələr arasında parlament ölçüsü çərçivəsində sıx qarşılıqlı fəaliyyət zərurətini anladığını diqqətə çatdırmışdır.