Tuesday, 22 September 2020, 18:57:34 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

Türkiyә-Azәrbaycan Parlament Dostluq Qrupu TÜRKPA Katibliyini ziyarәt etmişdir

12 aprel, 2018-ci ildə Türkiyə Böyük Millət Məclisinin Türkiyə-Azərbaycan Parlament Dostluq Qrupu TÜRKPA Katibliyini ziyarət etmişdir. Sədr cənab Necdet Ünüvar, Qrupun Baş katibi cənab Nurettin Aras, üzvlər cənab Nureddin Nebati, Uğur Bayraktutan və Kamil Aydından ibarət Qrup Azərbaycanda erkən prezident seçkilərinin müşahidəsində iştirak etmişdir.

Baş katib Altınbek Mamayusupov qonaqları salamlamış, Qrupun fəaliyyətini yüksək qiymətləndirmiş və ölkələr arasında əlaqələrin inkişafında parlament dostluq qruplarının əhəmiyyətini qeyd etmişdir. Assambleya çərçivəsində üzv ölkələr arasında əməkdaşlığın effektiv inkişafına töhfə verə bildikləri üçün cənab Mamayusupov TÜRKPA-nın parlament dostluq qruplarının fəaliyyətinə xüsusi önəm verdiyini vurğulamışdır. Bundan əlavə, Baş katib üzv ölkələrdən olan müvafiq parlament qrupları üzvlərinin iştirakı ilə birgə tədbirlərin təşkili imkanları barədə Qrup üzvlərinə məlumat vermişdir.

Qrupun sədri cənab Necdet Ünüvar Türk dünyasında əlaqələrin gücləndirilməsində TÜRKPA-nın gördüyü işi yüksək qiymətləndirmiş və üzv ölkələr arasında praktiki əməkdaşlığın inkişafı üçün böyük potensiala malik sosial sahəni qeyd etmişdir. Həmçinin cənab Ünüvar 2014-cü ildə Türkiyə Parlamenti tərəfindən başladılan üzv ölkələrin sosial məsələlərlə məşğul olan parlament komitələrinin birgə iclaslarının keçirilməsi təşəbbüsünün davam etdirilməsinin əhəmiyyətini vurğulamışdır.