Monday, 27 January 2020, 23:57:26 — Baku (UTC+4)
Türkdilli Ölkәlәrin Parlament Assambleyası

TÜRKPA müşahidәçilәri Azәrbaycanda prezident seçkilәri ilә bağlı yekun rәy tәqdim etmişdir

TÜRKPA Beynəlxalq Müşahidəçilər Missiyası Azərbaycanda Erkən Prezident Seçkilərinin müşahidəsinin nəticələri ilə bağlı mətbuat konfransı keçirmişdir. Türkiyə Böyük Millət Məclisinin üzvü və missiya başçısı cənab Haluk İpek media nümayəndələrini TÜRKPA müşahidəçilərinin yalnız paytaxt Bakıda deyil, həmçinin Azərbaycanın üçüncü böyük şəhəri Sumqayıt və Abşeron Seçki Dairəsində yerləşən Xırdalanın seçki məntəqələrini ziyarət etməsi barədə məlumatlandırmışdır.

Missiya səsvermə prosesini müşahidə etmək, seçki məntəqəsi rəsmiləri və seçicilərlə söhbət etmək, eləcə də Sumqayıt və Xırdalan şəhərlərinin yerli icra orqanları rəhbərləri ilə görüşlər keçirmək imkanı əldə etmişdir. Müşahidəçilərə seçkilərə hazırlıqla bağlı görülən tədbirlər haqqında ətraflı məlumat verilmişdir.

Cənab İpek Missiyanın seçki idarəçiliyində hər hansı ciddi pozuntu aşkar etmədiyini və bundan əlavə, müvafiq orqanların resurslarla yaxşı təmin olunduğu və seçki keçirilməsinə peşəkarlıqla hazırlaşdığını qeyd etmişdir.

Missiya 11 aprel, 2018-ci ildə Azərbaycan Respublikasında keçirilmiş prezident seçkilərinin Azərbaycanın milli qanunvericiliyi və beynəlxalq seçki standartlarına uyğun keçirildiyi qənaətinə gəlmişdir.